Banklar bu xidmətləri üzrə tarifləri artırıblar

Banklar bu xidmətləri üzrə tarifləri artırıblar

BANK
386

Bir neçə bank sms-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılması barədə qərar qəbul edib. Bu tariflər təqribən 40 qəpikdən 1 manata qədər artırılıb.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.

O bildirib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar.

“Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı sms-qiymətləndirmə tariflərində təqribən 70% artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər”, - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Banklar bu xidmətləri üzrə tarifləri artırıblar — Fins.az — Fins.az