Bank sektorunun xalis mənfəəti xalis mənfəəti 29,3% artıb

Bank sektorunun xalis mənfəəti xalis mənfəəti 29,3% artıb

BANK
289

Fins.az – 2026-cı il 1 iyun tarixinə Azərbaycanın bank sektoru 557,1 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 126,4 milyon manat və ya 29,3% çoxdur.

Hesabat dövründə bankların əməliyyat mənfəəti 837,5 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artım deməkdir.

Məlumata görə, banklar hesabat dövründə ümumilikdə 134,7 milyon manat mənfəət vergisi ödəyiblər. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 23,6% çoxdur.

AMB-nin məlumatına əsasən, 31 may 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın 499 filialı və mübadilə şöbələri də daxil olmaqla 84 şöbəsi fəaliyyət göstərib. Eyni tarixə ölkədə banklara məxsus 3 502 ATM mövcud olub.

Hesabat ayında bank sektorunda çalışanların sayı 27 374 nəfər təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank sektorunun xalis mənfəəti xalis mənfəəti 29,3% artıb — Fins.az — Fins.az