Bank sektorunda aktivlər azaldı, mənfəət isə artdı – Yanvarın rəqəmləri açıqlandı

Bank sektorunda aktivlər azaldı, mənfəət isə artdı – Yanvarın rəqəmləri açıqlandı

BANK
613

Fins.az - Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2025-ci ilin yanvar ayında əvvəlki ayla müqayisədə 0,3% azalaraq 56,9 milyard manata düşüb.

Dekabr ayında bu göstərici 57,1 milyard manat idi.

Bank sektorunun cəmi öhdəlikləri 49,5 milyard manat, balans kapitalı isə 7,4 milyard manat təşkil edib. Kredit portfeli 30 milyard manata yaxınlaşıb.

Kredit portfelinin strukturu

Kreditlərin əsas hissəsi biznes seqmentinin payına düşüb.

  • Biznes kreditləri – 15,9 milyard manat (53,2%)

  • İstehlak kreditləri – 9,4 milyard manat (31,4%)

  • İpoteka kreditləri – 4,6 milyard manat (15,4%)

Depozitlər yenə əsas maliyyə mənbəyidir

Öhdəliklərin strukturunda əsas payı depozitlər tutur. Depozit portfeli 36,8 milyard manat olmaqla, ümumi öhdəliklərin 74,3%-ni təşkil edib.

Bunun:

  • 20,5 milyard manatı hüquqi şəxslərin,

  • 16,3 milyard manatı fiziki şəxslərin depozitlərinin payına düşür.

Fiziki şəxslərin əmanətlərinin 11,1 milyard manatı milli valyutada, 5,2 milyard manatı isə xarici valyutadadır. Əmanət portfelinin 10,5 milyard manatı müddətli əmanətlərdən ibarətdir.

Yanvar ayında fiziki şəxslərin müddətli əmanətləri 159,9 milyon manat və ya 1,6% artıb. Eyni zamanda, 2026-cı ilin yanvarında bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı 2 939 nəfər və ya 1,5% artaraq 197,1 min nəfərə çatıb.

Hüquqi şəxslərin tələbli depozitləri 15,1 milyard manat təşkil edib ki, bu da onların ümumi depozit portfelinin 73,7%-i deməkdir.

Bankların mənfəəti artıb

Hesabat ayında bank sektoru 155 milyon manat əməliyyat mənfəəti, 80,1 milyon manat isə xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 122,5 milyon manat və 71 milyon manat olub.

Yanvar ayı ərzində banklar tərəfindən dövlət büdcəsinə 32,5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank sektorunda aktivlər azaldı, mənfəət isə artdı – Yanvarın rəqəmləri açıqlandı — Fins.az — Fins.az