
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Fins.az - Azərbaycan Mərkəzi Bankı ödəniş sistemləri üzrə xidmət haqlarına yeni tənzimləmə tətbiq edib.
Qərara əsasən, interçeync haqları üçün maksimum limitlər müəyyənləşdirilib.
Qərarı qurumun sədri Taleh Kazımov imzalayıb və sənəd 1 iyun tarixindən qüvvəyə minəcək.
Ekspert Emin Kərimov bildirir ki, bu addım kart ödənişlərini stimullaşdıracaq və nağdsız əməliyyatların həcmini artıracaq.
Yeni tariflərə əsasən, yanacaq ödənişlərində komissiya 0,75%, ümumi alış-verişdə 1,5%, aptek və supermarketlərdə isə 1,25% təşkil edəcək.