Bank hesablarının idarə edilməsində yeni imkanlar yaranır

Bank hesablarının idarə edilməsində yeni imkanlar yaranır

BANK
210

Fins.az“Ziraat Bank Azərbaycan” ASC müştərilərinə hesablaşma-kassa xidmətləri çərçivəsində müxtəlif valyutalarda cari hesabların açılması imkanını təqdim edir.

Bankın məlumatına görə, müştərilər Azərbaycan manatı (AZN), ABŞ dolları (USD), avro (EUR), Türk lirəsi (TRY), Rusiya rublu (RUB) və digər sərbəst dönərli valyutalarda cari hesab aça bilərlər.

Cari hesabın açılması üçün müştəridən hesab açılması barədə ərizə, şəxsiyyəti təsdiq edən sənəd, imza nümunəsi və bank hesabı müqaviləsi tələb olunur.

Ziraat Bank Azərbaycan bildirir ki, hesablaşma-kassa xidmətləri çərçivəsində müştərilər açılmış hesablara vəsaitlərin mədaxili və məxarici əməliyyatlarını da həyata keçirə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank hesablarının idarə edilməsində yeni imkanlar yaranır — Fins.az — Fins.az