Bank əməliyyatlarının təhlükəsizliyi e-KYC vasitəsilə artırılacaq - AMB

Bank əməliyyatlarının təhlükəsizliyi e-KYC vasitəsilə artırılacaq - AMB

BANK
360

“Öz müştərini tanı” (KYC) prinsipinin effektiv tətbiqi məqsədilə e-KYC platformasının konsepsiyası hazırlanıb və texniki icrasına başlanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu tədbir Mərkəzi Bankın 2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçirilir və açıq bankçılıq ekosisteminin mərhələli inkişafını, kommersiya banklarının hesab üzrə məlumat xidmətlərinin mərkəzləşdirilmiş infrastrukturla inteqrasiyasını, ödəniş əməliyyatları xidməti üçün daxili proqram təminatı və texniki spesifikasiyanın hazırlanmasını, habelə açıq maliyyə konsepsiyasının təsdiqi və hüquqi-normativ bazanın formalaşdırılmasını əhatə edir.

AMB vurğulayıb ki, e-KYC platforması müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesini təkmilləşdirəcək və bankçılıq əməliyyatlarının təhlükəsizliyini artıracaq.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank əməliyyatlarının təhlükəsizliyi e-KYC vasitəsilə artırılacaq - AMB — Fins.az — Fins.az