
“Bank BTB”nin rəhbərliyinə yeni təyinat olub
“Bank BTB” ASC-nin Müşahidə Şurası üzvlərindən biri dəyişib.
Məlumata görə, 2017 –ci ildən Müşahidə Şurasının üzvü olan Samir Qocayev, üzvlükdən çıxıb.
Onun yerinə isə İkram Hümbətov təyin edilib. O, 1980-1985-cı illərdə S.M.Kirov adına Qırmızı Əmək bayrağı ordenli Azərbaycan Dövlət Universitetii bitirib. 1993-1998 –cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda İqtisadçı ixtisasına yiyələnib. Buna qədər isə bu bankın Audit Komitəsinin sədri idi.
(c)Banker