Bakı İcra Hakimiyyəti ilə bu xarici bank razılığa gələ bilmir

Bakı İcra Hakimiyyəti ilə bu xarici bank razılığa gələ bilmir

BANK
474

“Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, Bank Melli İran Bakı Filialına məxsus 9 milyon 295 min 963 manat  xalis dəyərində bina sökülmüşdür. Bu fakt qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olmuşdur”.

Fins.az xəbər verir ki, bu, Bankın 2020-ci il üzrə Maliyyə Hesabatında bildirilir.

Hesabtada qeyd edilib ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər:

“Buna baxmayaraq, Bankın Rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcəkdir. Hazırda Bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul, 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilmişdir. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olmuşdur. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 milyon 400 min manat təşkil etmişdir. Bina ilkin olaraq Bankdan alınmış kreditlər üçün Royal Bank tərəfindən girov qoyulmuşdur. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə Bank tərəfindən əldə edilmiş, binalar və avadanlıqlar kimi tanınmış və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilmişdir”.

Hal-hazırda iş məhkəmə icraatındadır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı İcra Hakimiyyəti ilə bu xarici bank razılığa gələ bilmir — Fins.az — Fins.az