
Azərbaycanın xarici sektor göstəriciləri əlverişli qalır - AMB
Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin xarici sektor göstəricilərinin əlverişli olaraq qaldığını açıqlayıb.
AMB-nin məlumatına görə, gömrük statistikasına əsasən, 2026-cı ilin birinci rübündə Azərbaycanın xarici ticarətində 1,4 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,3% çoxdur.
Mərkəzi Bank bildirib ki, 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozlar yaxşılaşma istiqamətində yenilənib.
Qurum bunu əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi ilə əlaqələndirib.
AMB-nin qiymətləndirməsinə görə, qeyri-neft sektorunda ixrac imkanlarının genişlənməsi və enerji bazarlarındakı qiymət dinamikası yaxın dövrdə də xarici sektor göstəricilərinə müsbət təsir göstərəcək.