Azərbaycanın xalis maliyyə aktivləri 848.9 mln. dollar artıb

Azərbaycanın xalis maliyyə aktivləri 848.9 mln. dollar artıb

BANK
251

2022-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 848.9 mln. dollar artıb.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə Balansında məlumat yayımlanıb.

Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa xarici investisiyalar (-36.3 mln. dollar), portfel investisiyaları (119.2 mln.dollar) və digər investisiyalar (766 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə, ölkənin xalis maliyyə öhdəlikləri isə 346.7 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa xarici investisiyalar (-1 027.9 mln.dollar), neft bonusu (450.2 mln.dollar), portfel investisiyaları (-48.8 mln.dollar) və digər investisiyalar (279.8 mln.dollar) hesabına formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xalis maliyyə aktivləri 848.9 mln. dollar artıb — Fins.az — Fins.az