Azərbaycanın portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri artıb

Azərbaycanın portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri artıb

BANK
243

2025-ci ildə Azərbaycanın portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri 1,9 milyard ABŞ dolları artıb, xalis xarici maliyyə öhdəlikləri isə 28,1 milyon dollar azalıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, hesabat dövründə portfel investisiyaları üzrə aktivlərin artımı dövlət sektorundan (45,1 milyon dollar), bank sektorundan (0,7 milyard dollar), kapitalda iştiraka təminat verən qiymətli kağızlardan (8,7 milyon dollar) və digər sektorlardan (1,1 milyard dollar) yaranıb.

Bildirilib ki, öhdəliklər isə əsasən kapitalda iştiraka təminat verən qiymətli kağızlardan (0,2 milyon dollar) və digər sektorlardan (16,0 milyon dollar) artmış, dövlət sektorunun öhdəliyi isə 44,3 milyon dollar azalmışdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri artıb — Fins.az — Fins.az