Azərbaycanın ödəniş sistemlərində innovasiyalar müştəri problemlərinin həllinə yönəlib

Azərbaycanın ödəniş sistemlərində innovasiyalar müştəri problemlərinin həllinə yönəlib

BANK
254

Ödəniş sistemlərində tətbiq edilən innovasiyalar müştərilərin real problemlərinin həllinə yönəlib.

Fins.az xəbər verir ki, bu barədə "Kapital Bank"ın Ödəniş Sistemləri Ofisinin rəhbəri Zakir Xanməmmədov Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bank son illərdə innovativ layihələrin həyata keçirilməsində fəal iştirak edir və əsas diqqəti müştərilərin real ehtiyaclarına cavab verən məhsulların hazırlanmasına yönəldib.

Z.Xanməmmədov qeyd edib ki, bu gün banklar artıq yalnız ənənəvi xidmətlərlə kifayətlənmir, gündəlik həyatın bir hissəsinə çevrilən “lifestyle” xidmətlər istiqamətində inkişaf edir.

O bildirib ki, əsas məqsəd ekosistemin formalaşdırılması və müştərilər üçün daha əlçatan və funksional məhsulların yaradılmasıdır.

Kapital Bank rəsmisi vurğulayıb ki, bank sektorunda əsas prioritet istifadəçilərin real ehtiyaclarının öyrənilməsi və xidmət keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılmasıdır.

Onun sözlərinə görə, müştəri təcrübəsini daha dəqiq analiz etmək üçün bank əməkdaşları mütəmadi olaraq çağrı mərkəzləri və filial şəbəkəsi ilə işləyir, daxil olan müraciətləri və yaranan problemləri təhlil edirlər.

Z.Xanməmmədov əlavə edib ki, bank tərəfindən tətbiq edilən yeni bildiriş sistemləri müştərilərə əməliyyatların yeri və vaxtı barədə real vaxt rejimində məlumat almaq imkanı yaradır.

Onun sözlərinə görə, bu yanaşma çağrı mərkəzlərinə daxil olan müraciətlərin azalmasına da səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın ödəniş sistemlərində innovasiyalar müştəri problemlərinin həllinə yönəlib — Fins.az — Fins.az