Azərbaycanın iqtisadi artımı 2027-ci ildə 3%-ə çatacaq – ING Group

Azərbaycanın iqtisadi artımı 2027-ci ildə 3%-ə çatacaq – ING Group

BANK
361

Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group” Azərbaycanın iqtisadi artımı ilə bağlı yeni proqnozlarını açıqlayıb. Qurumun qiymətləndirmələrinə əsasən, ölkədə iqtisadi artım 2026-cı ildə 2,2%, 2027-ci ildə isə 3% təşkil edəcək.

Fins.az xəbər verir ki, bu barədə ING Group-a istinadən məlumat verilib.

Ötən proqnozlarla müqayisədə 2026-cı il üzrə ÜDM artım tempi 0,3 faiz bəndi azaldılıb, 2027-ci il üzrə isə proqnoz dəyişməz saxlanılıb.

Bankın hesablamalarına görə, 2026-cı ildə iqtisadi artım rüblər üzrə fərqli dinamikaya malik olacaq. Belə ki, 1-ci rübdə -0,3%, 2-ci rübdə 2,5%, 3-cü rübdə 4%, 4-cü rübdə isə 2,5% iqtisadi artım proqnozlaşdırılır.

2027-ci il üzrə isə ING Group-un proqnozlarına əsasən, 1-ci rübdə 3%, 2-ci rübdə 3,5%, 3-cü rübdə 2%, 4-cü rübdə isə 3,5% iqtisadi artım gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin may proqnozlarına görə, cari ildə real ÜDM artımı ümumilikdə 1,1%, qeyri-neft-qaz ÜDM artımı isə 3,2% səviyyəsində gözlənilir. 2027-ci il üzrə isə AMB iqtisadi artımın ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 3,2% və 4,7% olacağını proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın iqtisadi artımı 2027-ci ildə 3%-ə çatacaq – ING Group — Fins.az — Fins.az