Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

BANK
192

Azərbaycanın bank sektoru 2026-cı ilin aprel ayında 438,5 milyon manat məbləğində xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 98,7 milyon manat və ya 29% artım deməkdir.

Məlumata əsasən, hesabat dövründə bankların əməliyyat mənfəəti 658,7 milyon manat təşkil edib. Bu da illik müqayisədə 94,3 milyon manat və ya 16,7% çoxdur.

Qeyd olunur ki, cari ilin ilk dörd ayı ərzində bank sektoru tərəfindən ümumilikdə 104,2 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Beləliklə, bank sektoru həm gəlir, həm də mənfəət göstəricilərində artım dinamikasını davam etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb — Fins.az — Fins.az