Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artıb

BANK
806

Azərbaycanın bank sektoru 2019-cu ildə 536,9 milyon manat xalis mənfəət əldə edib.

 Azərbaycan Mərkəzi Bankından məlumat verilir ki, bu, 2018-ci illə müqayisədə 92,2% çoxdur. 

Ötən il bankların əməliyyat gəlirləri 2 645,9 milyon manat (əvvəlki ilə nisbətən 14,9% çox), əməliyyat xərcləri 1 752,9 milyon manat (9,05% çox), xüsusi ehtiyatlara ayırmaları 221,3 milyon manat (35,9% az), digər gəlirləri 21,3 milyon manat (8,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 156,1 milyon manat (2,2 dəfə çox) təşkil edib.

(C)renkinq

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artıb — Fins.az — Fins.az