Azərbaycanın bank sektorunun aktivləri artıb

Azərbaycanın bank sektorunun aktivləri artıb

BANK
587

2026-cı ilin 1 may tarixinə Azərbaycanın bank sektorunun ümumi aktivləri 57 milyard 356 milyon manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2025-ci ilin 1 may tarixi ilə müqayisədə 2 milyard 749 milyon manat və ya 5% artım deməkdir.

Hesabat dövründə bank sektorunun maliyyə göstəricilərində müsbət dinamika müşahidə olunub. Belə ki, fəaliyyət göstərən bankların ümumi öhdəlikləri 49 milyard 695 milyon manat, balans kapitalı isə 7 milyard 660 milyon manat səviyyəsində qeydə alınıb.

Aprel ayında isə həm öhdəliklər, həm də kapital üzrə artım qeydə alınıb. Ümumi öhdəliklər 4,3%, balans kapitalı isə 9,7% artıb.

2026-cı il 30 aprel tarixinə olan məlumata əsasən, ölkədə fəaliyyət göstərən 22 bankın 505 filialı, 85 şöbəsi və 3 498 bankomatı mövcuddur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bank sektorunun aktivləri artıb — Fins.az — Fins.az