Azərbaycanın bank sektorunun aktivləri artıb

Azərbaycanın bank sektorunun aktivləri artıb

BANK
404

2026-cı ilin 1 aprel tarixinə Azərbaycan bank sektorunun aktivləri 57 milyard 961 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 105 milyon manat və ya 6,7% artım deməkdir.

Fəaliyyət göstərən bankların ümumi borc öhdəlikləri 50 milyard 293 milyon manat, məcmu kapitalı isə 7 milyard 668 milyon manat təşkil edib. Mart ayında bank sektorunun aktivləri və öhdəlikləri 1,4%, məcmu kapital isə 2% artım göstərib.

2026-cı il 31 mart tarixinə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 22 bankın 505 filialı, 85 şöbəsi və 3 586 bankomatı mövcuddur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bank sektorunun aktivləri artıb — Fins.az — Fins.az