Azərbaycanın 564,524 mln manat kapitalı olan bankı

Azərbaycanın 564,524 mln manat kapitalı olan bankı

BANK
881

«Kapital Bank» 2019-cu ildə Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə aktivlərini 10,4% - 4 milyard 196,676 milyon manatadək artırıb. Bu barədə bankın auditi aparılmış illik hesabatında deyilir.

1 yanvar 2020-ci il tarixinə bankın kredit portfeli 1 milyard 705,632 milyon manata (artım 21%) bərabərdir.

Hesabat ilinin sonuna bankın öhdəlikləri 3 milyard 632,152 milyon manat (artım 8,6%) təşkil edir.

2019-cu ilin sonuna “Kapital Bank”ın depozit portfeli 3 milyard 360,854 milyon manat (artım 8,5%) məbləğindədir.

2020-ci il yanvarın 1-nə bankın kapitalı 564,524 milyon manata (artım 23%), nizamnamə kapitalı 225,85 milyon manata (dəyişməyib) bərabərdir.

Bank 2019-cu ili 196,017 milyon manat məbləğində xalis mənfəətlə (2018-ci illə müqayisədə artım 29,8%) başa vurub.

“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).

(c)İnterfaks Azərbaycan 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın 564,524 mln manat kapitalı olan bankı — Fins.az — Fins.az