Azərbaycanda Visa kartları üzrə əməliyyatlar 76% artıb

Azərbaycanda Visa kartları üzrə əməliyyatlar 76% artıb

BANK
294

2026-cı ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə qurumları tərəfindən buraxılmış “Visa” ödəniş kartları üzrə əməliyyatların sayı 167,896 milyon, əməliyyatların həcmi isə 8,696 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayında 72,485 milyon və ya 76%, əməliyyatların həcmində isə 3,163 milyard manat və ya 57% artım deməkdir.

Məlumata əsasən, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış Visa kartları üzrə əməliyyatların sayı 625,8 min, əməliyyatların həcmi isə 54 milyon manat təşkil edib.

Eyni zamanda, mart ayının sonuna olan vəziyyətə görə banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min karta çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 10% artım nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Visa kartları üzrə əməliyyatlar 76% artıb — Fins.az — Fins.az