Azərbaycandan İsrailə pul köçürmələri artıb

Azərbaycandan İsrailə pul köçürmələri artıb

BANK
333

2025-ci ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,311 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 571 min dollar və ya 20,8% artım deməkdir. Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 0,7% olub.

Öz növbəsində İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,163 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 1,5 milyon dollar və ya 10,7% azalma deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı isə 1% olub.

2024-cü ildə Azərbaycandan İsrailə pul köçürmələrinin həcmi 2,740 milyon dollar, əks istiqamətdə isə 13,626 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 505,139 milyon dollar olub ki, bu da 2024-cü ilə nisbətən 21,6 milyon dollar və ya 4,1% azalma deməkdir. Eyni zamanda xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 94,1 milyon dollar və ya 8,7% artımı göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan İsrailə pul köçürmələri artıb — Fins.az — Fins.az