Azərbaycanda xalis mənfəəti 347 min manatdan çox azalan bank

Azərbaycanda xalis mənfəəti 347 min manatdan çox azalan bank

BANK
1,038

2020-ci ilin birinci rübünü 612,16 min manat xalis nənfəətlə başa vurub.

Fins.az xəbər verir ki, bu barədə “Ziraat Bank Azərbaycan” -ın 2020-ci ilin birincisi rübünə dair hesabatında məlumat verilib

Qeyd edilir ki bu göstərici ötən ilin müvafiq dövrü ilə  də 347,06 min manat azdır. Beləki,2019-cu ilin ilk rübündə bankın mənfəəti 959,22 min manat təşkil edib.

Cari ilin yanvar-mart ayında “Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 249 milyon 397 min manat olub ki, bu da 2019-cu ilin eyni dövrüylə müqayisədə aktivlərin 14% artması deməkdir. Bunun 146 milyon 826 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən ilə nisbətən bu il 34% artıb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 17% artaraq 176,845 milyon manata çatıb, o cümlədən depozit portfeli 17% artaraq 86,622 milyon manat olub, cəmi kapitalı isə 5,4% artaraq 72,552 milyon manat təşkil edib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda xalis mənfəəti 347 min manatdan çox azalan bank — Fins.az — Fins.az