
Azərbaycanda vaxtı keçmiş kreditlər 619,6 milyon manat təşkil edib
2026-cı ilin aprelin 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının ümumi həcmi 32,313 milyard manat təşkil edib.
Fins.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, hesabat dövründə vaxtı keçmiş kreditlərin həcmi 619,6 milyon manat olub.
Cəmi kredit qoyuluşlarının 27,9 milyard manatı milli valyutada verilmiş kreditlərin payına düşüb. Bu kreditlər üzrə vaxtı keçmiş borcların həcmi 524,2 milyon manat təşkil edib.
Eyni zamanda, kredit qoyuluşlarının 4,373 milyard manatı xarici valyutada təqdim olunub və bu portfel üzrə vaxtı keçmiş kreditlərin məbləği 95,4 milyon manat olub.
İllik müqayisəyə əsasən, 2026-cı ilin aprelin 1-nə milli valyutada kredit qoyuluşları 2,6 milyard manat və ya 10,5% artıb. Xarici valyutada kredit qoyuluşları isə 19 milyon manat və ya 0,4% azalıb.
Müddətlər üzrə bölgüyə görə, milli valyutada kreditlərin 4,417 milyard manatı qısamüddətli, 23,323 milyard manatı isə uzunmüddətli kreditlərdən ibarət olub. Xarici valyutada kreditlərin 1,386 milyard manatı qısamüddətli, 2,987 milyard manatı isə uzunmüddətli kreditlərin payına düşüb.