Azərbaycanda UnionPay kart əməliyyatları artıb

Azərbaycanda UnionPay kart əməliyyatları artıb

BANK
187

2026-cı ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş UnionPay kartları üzrə əməliyyatların sayı 1,9 min ədəd, ümumi həcmi isə 210 min manatdan çox təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin mart ayı ilə müqayisədə UnionPay kartları üzrə əməliyyatların sayı 1,7 mindən çox və ya 9,5 dəfə artıb, əməliyyatların həcmi isə 170 min manatdan çox və ya 5,25 dəfə yüksəlib.

Eyni zamanda, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş UnionPay kartları üzrə əməliyyatların sayı 1,7 min vahid, həcmi isə 200 min manatdan çox olub.

Qeyd olunur ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları üzrə göstəricilər ölkə ərazisində fəaliyyət göstərən bank və maliyyə institutlarının emissiya etdiyi kartlarla həyata keçirilən əməliyyatların ümumi sayını və həcmini əhatə edir. Qeyri-rezident maliyyə institutları üzrə göstəricilər isə xarici banklar tərəfindən verilmiş ödəniş kartları ilə Azərbaycanda icra olunan əməliyyatların ümumi sayını və məbləğini əks etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda UnionPay kart əməliyyatları artıb — Fins.az — Fins.az