
Azərbaycanda ümumi ödəniş daxilolmaları 19.8% ARTIB
2021-ci ilin əvvəllərindən başlayaraq pandemiyanın təsirlərinin azalması ilə iqtisadi canlanma fonunda maliyyə axınlarının dinamikasında bərpa meyilləri müşahidə edilir.
"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi bankı məlumata yayımlayıb.
Məlumata görə, ilin ikinci yarısından etibarən maliyyə axınları əvvəlki illərin (2018-2020) səviyyəsindən yuxarıda qərarlaşıb.
Bildirilir ki, 2022-ci ilin əvvəllərindən yüksələn artım, fevral ayı üzrə isə azalma dinamikası müşahidə edilib. İkinci rübün ortalarında müşahidə olunan azalma, rübün sonlarına doğru yenidən artımla əvəz olunmuşdur. Bütövlükdə 2022-ci ilin ikinci rübündə ümumi ödəniş daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.8% və ya 3 mlrd. manat artaraq 18.3 mlrd. manat təşkil edib.
Müəllif: Aynur Qəniyeva