Azərbaycanda ümumi kredit həcmi 32,6 milyard manata yüksəlib

Azərbaycanda ümumi kredit həcmi 32,6 milyard manata yüksəlib

BANK
169

Bu ilin mayın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,632 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, eyni tarixə vaxtı keçmiş kreditlərin həcmi 614,2 milyon manat olub.

Məlumata əsasən, cəmi kredit qoyuluşlarının 28,3 milyard manatı milli valyutada olan kreditlərin payına düşüb. Milli valyutada verilmiş kreditlər üzrə 514,1 milyon manatın ödəmə vaxtı keçib.

Hesabat dövründə xarici valyutada verilmiş kreditlərin həcmi 4,351 milyard manat təşkil edib. Bu kreditlər üzrə vaxtı keçmiş borclar isə 100,1 milyon manat səviyyəsində qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin mayın 1-nə milli valyutada kredit qoyuluşları 2,7 milyard manat və ya 10,7% artıb. Xarici valyutada kreditlər isə 5,6 milyon manat və ya 0,1% artım nümayiş etdirib.

Kredit portfelinin strukturuna əsasən, milli valyutada olan kreditlərin 4,594 milyard manatı qısamüddətli, 23,687 milyard manatı uzunmüddətli kreditlərdən ibarətdir. Xarici valyutada isə 1,393 milyard manat qısamüddətli, 2,958 milyard manat uzunmüddətli kreditlər təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ümumi kredit həcmi 32,6 milyard manata yüksəlib — Fins.az — Fins.az