
Azərbaycanda uçot dərəcəsi ilə bağlı yeni qərarın tarixi bəlli olub
Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın açıqlanacağı tarixi elan edib.
AMB-nin məlumatına görə, növbəti qərar 2026-cı il iyunun 24-də ictimaiyyətə təqdim olunacaq. Bildirilib ki, qərar inflyasiya proqnozunun dəyişimi və makroiqtisadi təhlillərin nəticələri əsasında qəbul ediləcək.
Qurum vurğulayıb ki, inflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yaranacağı halda adekvat pul siyasəti tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin son qərarı ilə uçot dərəcəsi 6,5% səviyyəsində dəyişməz saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% olaraq müəyyən edilib.