Azərbaycanda turizm xidmətləri üzrə 438 milyon dollarlıq profisit yaranıb

Azərbaycanda turizm xidmətləri üzrə 438 milyon dollarlıq profisit yaranıb

BANK
267

2025-ci ildə Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3,5 milyard ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub. Belə ki, turizm ixracı 2,0 milyard ABŞ dolları təşkil edərək 1,5 milyard dollarlıq idxalı üstələyib və nəticədə bu sahə üzrə 438,0 milyon dollar həcmində profisit yaranıb.

Qeyd olunub ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,3 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15,0 faiz artıb.

Bildirilib ki, xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin ümumi həcmi 1,5 milyard ABŞ dolları olub.

Statistikaya əsasən, bu vəsaitin 74,9 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub və bu hesablamalara məkik idxalı üçün istifadə olunan vəsaitlər daxil edilməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda turizm xidmətləri üzrə 438 milyon dollarlıq profisit yaranıb — Fins.az — Fins.az