
Azərbaycanda tikinti sektoruna bank kreditləri 25% artıb
2026-cı ilin fevralın 1-nə Azərbaycan banklarının tikinti sektoru üzrə biznes kredit portfeli 1,713 milyard manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, tikinti sektoru üzrə kredit portfeli aylıq müqayisədə 4,4 milyon manat və ya 0,3% azalıb. Bununla belə, illik müqayisədə bu göstərici 343,8 milyon manat və ya 25,1% artım nümayiş etdirib.
Belə ki, 2026-cı ilin yanvarın 1-nə bankların tikinti sektoru üzrə kredit portfeli 1,717 milyard manat təşkil edib. Ötən ilin fevralın 1-nə isə bu rəqəm 1,369 milyard manat səviyyəsində olub.
Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 29,980 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,2% (15,949 milyard manat), istehlak kreditləri 31,4% (9,426 milyard manat), ipoteka kreditləri isə 15,4% (4,605 milyard manat) olub.
Fuad Mədətov
Fins.az