Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb

BANK
350

2026-cı ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən ticarət və xidmət sektoruna yönəldilmiş kreditlərin həcmi 4,413 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 15,2 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 273,4 milyon manat və ya 6,6% artıb.

Məlumatda qeyd olunur ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,932 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az