Azərbaycanda ticarət sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda ticarət sektoruna kredit qoyuluşu artıb

BANK
330

2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların ticarət müəssisələri üzrə biznes kredit portfeli 4,222 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ticarət sektoru üzrə kredit portfeli aylıq müqayisədə 14 milyon manat və ya 0,3% artıb. Bununla yanaşı, illik müqayisədə 26 milyon manat və ya 0,6% azalma qeydə alınıb.

Belə ki, sözügedən sahə üzrə kreditlərin həcmi 2026-cı ilin martın 1-nə 4,208 milyard manat, 2025-ci ilin aprelin 1-nə isə 4,248 milyard manat olub.

Eyni zamanda qeyd olunur ki, 2026-cı ilin aprelin 1-nə ölkədə bankların ümumi kredit portfeli 30,290 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 53,5% və ya 16,215 milyard manat, istehlak kreditləri 31,3% və ya 9,491 milyard manat, ipoteka kreditləri isə 15,2% və ya 4,585 milyard manat paya malik olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ticarət sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az