
Azərbaycanda sürətli pul köçürmələri 123,2 mln. manata çatıb
2026-cı ilin mart ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 123,2 milyon manat vəsait daxil olub.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sözügedən dövrdə 238 min əməliyyat həyata keçirilib. Ötən ilin mart ayı ilə müqayisədə əməliyyatların sayı 33,4 min ədəd və ya 12,3% azalıb, lakin daxil olan vəsaitlərin həcmi 11,7 milyon manat və ya 10,5% artıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 578,4 manat təşkil edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 106,8 manat və ya 26% artım deməkdir.
Qeyd olunur ki, mart ayının sonuna olan məlumata görə, banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 409 min ədədə çatıb. Bu göstərici əvvəlki ayla müqayisədə 62 min ədəd artım deməkdir.
İllik müqayisədə isə ödəniş kartlarının sayı 10% artıb.