
Azərbaycanda sürətli pul köçürmə əməliyyatları artıb
2026-cı ilin fevralın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 209,3 min əməliyyat üzrə 120,7 milyon manat vəsait daxil olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, əməliyyatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 min ədəd və ya 1,2% azalsa da, daxil olan vəsait həcmi 24,3 milyon manat və ya 25,2% artıb. Hesabat dövründə bir ödənişin orta məbləği 576,5 manat təşkil edib ki, bu da illik müqayisədə 121,7 manat və ya 26,8% çoxdur.
Eyni zamanda, sürətli pul köçürmə sistemləri ilə banklardan kənara 57,3 min əməliyyat üzrə 36,4 milyon manat vəsait köçürülüb. Bu göstərici əməliyyat sayı baxımından illik müqayisədə 25,9 min ədəd və ya 31,1% azalıb, vəsait həcmi isə 100 min manat və ya 0,3% artıb. Bu dövrdə banklardan kənara həyata keçirilən bir ödənişin orta məbləği 635,7 manat olub ki, bu da 2025-ci ilin fevralın 1-i ilə müqayisədə 199,7 manat və ya 45,8% çoxdur.
Fuad Mədətov
Fins.az