
Azərbaycanda POS-terminallar üzrə əməliyyatların sayı artıb
2026-cı ilin fevral ayında Azərbaycanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların sayı rekord həddə çataraq 6,116 milyon əməliyyat təşkil edib. Ümumi əməliyyat məbləği isə 137 milyon manat olub.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 49 min ədəd və ya 8,7% artıb, əməliyyatların həcmi isə 13 milyon manat və ya 8,7% azalıb. Keçən ilin fevralında POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 5,626 milyon, ümumi məbləği isə 150 milyon manat olub.
Fevral ayının sonuna olan vəziyyətə görə, bank sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb. Ötən ilin fevral ayı ilə müqayisədə bu göstərici 10% yüksəlib.