Azərbaycanda ödəniş kartlarının sayı 22,3 milyonu keçib: nağdsız ödənişlər artıb

Azərbaycanda ödəniş kartlarının sayı 22,3 milyonu keçib: nağdsız ödənişlər artıb

BANK
154

2026-cı ilin fevral ayının sonuna olan vəziyyətə görə Azərbaycanda bank sistemləri və Azərpoçt vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min ədədə çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım deməkdir. Hesabatda qeyd olunub ki, debet kartlarının sayı 13% artsa da, kredit kartlarının sayı 8% azalıb.

Ödəniş kartlarının sayındakı artım nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15% artıb.

2026-cı ilin fevral ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,200 milyon manat təşkil edib. Bu ödənişlərin 7,171 milyon manatı elektron ticarətin payına düşüb.

Qalan məbləğin 1,026 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə reallaşdırılıb.

Bundan əlavə, ilin əvvəlindən etibarən ödəniş kartları ilə həyata keçirilən daxili nağdsız əməliyyatların həcmi ümumi kart əməliyyatlarının 69,7%-ni təşkil edib ki, bu da ölkədə nağdsız iqtisadiyyatın genişləndiyini göstərir.

Eyni zamanda, 2026-cı il martın 1-nə Azərbaycan bank sektorunun aktivləri 57 milyard 132,8 milyon manat olub ki, bu da ötən ilin 1 aprel tarixi ilə müqayisədə 3 milyard 571,1 milyon manat və ya 6,7% artım deməkdir.

Məlumata əsasən, bankların məcmu öhdəlikləri 49 milyard 617,4 milyon manat, balans kapitalı isə 7 milyard 515,4 milyon manat təşkil edib. Fevral ayında bank sektorunda aktivlər 0,3%, öhdəliklər 0,2%, kapital isə 1,5% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ödəniş kartlarının sayı 22,3 milyonu keçib: nağdsız ödənişlər artıb — Fins.az — Fins.az