Azərbaycanda nəqliyyat sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda nəqliyyat sektoruna kredit qoyuluşu artıb

BANK
302

2026-cı ilin martın 1-nə Azərbaycanda bankların nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,908 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu sahə üzrə kredit portfeli aylıq müqayisədə 14,5 milyon manat və ya 0,8% artıb. İllik müqayisədə isə daha kəskin dinamika müşahidə olunub – artım 431,7 milyon manat və ya 29,2% təşkil edib.

Müqayisə üçün qeyd edək ki, nəqliyyat sektoru üzrə biznes kreditlərinin həcmi 2026-cı ilin fevralın 1-nə 1,893 milyard manat, ötən ilin eyni dövründə – 2025-ci ilin martın 1-nə isə 1,475 milyard manat səviyyəsində olub. Bu isə sektorun maliyyələşməsində davamlı genişlənməni göstərir.

Ümumilikdə, 2026-cı ilin martın 1-nə ölkədə bankların kredit portfeli 30,119 milyard manat təşkil edib. Kredit portfelinin strukturuna nəzər saldıqda, biznes kreditləri əsas paya malikdir – 53,3% və ya 16,058 milyard manat. İstehlak kreditləri 31,4% (9,467 milyard manat), ipoteka kreditləri isə 15,3% (4,593 milyard manat) səviyyəsində formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nəqliyyat sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az