
Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb
2026-cı ilin 1 aprel tarixinə Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən nəqliyyat və rabitə sektoruna verilmiş kreditlərin həcmi 2,261 milyard manat olub.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 97,2 milyon manat və ya 4,5%, illik müqayisədə isə 366,1 milyon manat və ya 19,3% artıb.
Ümumilikdə real sektora yönəldilən kredit portfelinin həcmi 32,932 milyard manat təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 368 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.