
Azərbaycanda neçə bank işçisi var ? - RƏSMİ
1 aprel 2020-ci il tarixinə Azərbaycanda 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
Fins.az xəbər verir ki, bu barədə Məkəzi Bank məlumat yayımlayıb
Bildilir ki, aprel ayının əvvəlinə respublikadakı bankların 506 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,6%) və 126 şöbəsi (azalma 5,3%) var.
Azərbaycanın bank sektorunda 19,846 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 2% - İF) çalışır