Azərbaycanda manatla müddətli kredit qoyuluşları artıb

Azərbaycanda manatla müddətli kredit qoyuluşları artıb

BANK
212

Bu ilin fevralıın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 31,863 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 557,5 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit qoyuluşlarının 27,5 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 452,6 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,333 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 104,9 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin fevralın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,640 milyard manat və ya 10,6% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 101,5 milyon manat və ya 2,3% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda manatla müddətli kredit qoyuluşları artıb — Fins.az — Fins.az