Azərbaycanda manatın dövretmə sürəti 2,96 bənd olub

Azərbaycanda manatın dövretmə sürəti 2,96 bənd olub

BANK
227

2026-cı il mayın 1-nə Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin aprelin 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,37 bənd və ya 11,1% azalıb.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı il aprelin 1-nə manatın dövretmə sürəti 2,97 bənd, 2025-ci il mayın 1-nə isə 3,33 bənd olub.

Statistik göstəricilər manatın iqtisadiyyatda dövriyyə intensivliyinin son bir ildə zəiflədiyini göstərir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, son 17 il ərzində manatın dövretmə sürətinin ən aşağı göstəricisi 2015-ci ilin yanvar ayının yekunlarına görə qeydə alınıb və 2,68 bənd təşkil edib.

Bu dövr ərzində ən yüksək göstərici isə 2005-ci ildə müşahidə olunub. Həmin vaxt manatın dövretmə sürəti 15,72 bəndə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda manatın dövretmə sürəti 2,96 bənd olub — Fins.az — Fins.az