Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi açıqlanıb

Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi açıqlanıb

BANK
619

2023-cü ilin iyun ayı ərzində Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2 milyard 317.9 milyon manata bərabər olub.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.9% və ya 447.4 milyon manat çoxdur.

Qeyd edək ki, ötən ay verilən kreditlərin 1 milyard 871.1 milyon manatı milli valyutada, 446.8 milyon manatı isə xarici valyutada olub.

Xatırladaq ki, cari ilin iyun ayında manat verilən kreditlərin orta faiz dərəcəsi 15.68%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 6.05% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi açıqlanıb — Fins.az — Fins.az