Azərbaycanda kredit təşkilatının lisenziyası ləğv edildi

Azərbaycanda kredit təşkilatının lisenziyası ləğv edildi

BANK
416

Fins.az – Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatı “Optimal Finance” MMC-nin fəaliyyətinə xitam verib.

Qurumun açıqlamasına görə, buna səbəb təşkilatın qanunvericiliklə müəyyən edilmiş minimum kapital tələbinə əməl etməməsi olub. Belə ki, qüvvədə olan qaydalara əsasən bank olmayan kredit təşkilatları üçün minimum kapital məbləği 1 milyon manat təşkil edir.

Mərkəzi Bank bildirib ki, qeyd olunan məsələ ilə bağlı “Optimal Finance” MMC-yə icrası məcburi olan göstərişlər verilib. Lakin ötən dövr ərzində təşkilat tərəfindən atılan addımlar nəticəsində kapitalın minimum səviyyəyə çatdırılması təmin olunmayıb.

Bu səbəbdən “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə uyğun olaraq, qurumun 29 dekabr 2020-ci il tarixli, BKT-37 nömrəli lisenziyası Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə ləğv edilib.

Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatının lisenziyası ləğv edildiyi gündən etibarən onun fəaliyyəti dayandırılır və hüquqi şəxs kimi ləğv prosesi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun həyata keçirilir.

Mərkəzi Bank vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti üzərində nəzarət davam etdirilir və tənzimləyici tələblərin icrası təmin olunmadığı hallarda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Xatırladaq ki, son dəyişikliklərə əsasən, həmçinin Mərkəzi Bankın təsdiqlədiyi “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində bank olmayan kredit təşkilatları üçün prudensial tənzimləmə qaydaları tətbiq edilir. Bu qaydalara görə, kommersiya hüquqi şəxs formasında fəaliyyət göstərən bütün BOKT-lar üçün minimum kapital tələbi 1 milyon manat müəyyən olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...