Azərbaycanda kredit portfelində biznes kreditlərinin payı 53,5% olub

Azərbaycanda kredit portfelində biznes kreditlərinin payı 53,5% olub

BANK
355

2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditləri 53,5% paya sahib olaraq 16,215 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici bir ay əvvəllə müqayisədə 156,8 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,3 milyard manat və ya 8,6% artım deməkdir.

Hesabat dövründə biznes kreditləri üzrə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,514 milyard manat təşkil edib. Bu, aylıq müqayisədə 125 milyon manat və ya 1,5%, illik müqayisədə isə 153,1 milyon manat və ya 1,8% artım deməkdir.

Orta sahibkarlıq subyektlərinə verilən kreditlər 2,293 milyard manat olub ki, bu da bir ay əvvəllə müqayisədə 22,5 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 322,6 milyon manat və ya 16,4% artım deməkdir.

Kiçik sahibkarlıq subyektlərinə ayrılan biznes kreditlərinin həcmi 1,732 milyard manat təşkil edib və bu göstərici aylıq müqayisədə 10 milyon manat və ya 0,6% artsa da, illik müqayisədə 200,4 milyon manat və ya 13,1% yüksəlib.

Mikro sahibkarlıq subyektlərinə verilən kreditlər isə 3,676 milyard manat olub. Bu, aylıq müqayisədə 0,7 milyon manat və ya 0,02% azalma, illik müqayisədə isə 603,7 milyon manat və ya 20% artım deməkdir.

Ümumilikdə, 2026-cı ilin aprelin 1-nə ölkədə bankların kredit portfeli 30,290 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 53,5%, istehlak kreditləri 31,3% (9,491 milyard manat), ipoteka kreditləri isə 15,2% (4,585 milyard manat) paya malik olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kredit portfelində biznes kreditlərinin payı 53,5% olub — Fins.az — Fins.az