Azərbaycanda kredit kartları üzrə həm əməliyyat sayı, həm də dövriyyə azalıb

Azərbaycanda kredit kartları üzrə həm əməliyyat sayı, həm də dövriyyə azalıb

BANK
234

2026-cı ilin fevral ayında ölkədə kredit kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 12,004 milyon, ümumi həcmi isə 639 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 1,449 milyon və ya 10,4% azalıb. Eyni zamanda, əməliyyatların ümumi həcmi daha kəskin – 156 milyon manat və ya 19,6% geriləyib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevral ayında kredit kartları ilə 12,493 milyon əməliyyat aparılıb və ümumi dövriyyə 795 milyon manat olub.

Ekspertlər hesab edir ki, bu dinamika istehlak davranışlarında dəyişiklik, alternativ ödəniş üsullarının (məsələn, debet kartları və ani ödəniş sistemləri) artan populyarlığı ilə bağlı ola bilər.

Bununla yanaşı, ölkədə ümumi kart bazarı böyüməkdə davam edir. Belə ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kredit kartları üzrə həm əməliyyat sayı, həm də dövriyyə azalıb — Fins.az — Fins.az