Azərbaycanda kiçik və orta biznesin dəstəklənməsi mexanizmləri müzakirə edilib

Azərbaycanda kiçik və orta biznesin dəstəklənməsi mexanizmləri müzakirə edilib

BANK
217

2026-cı ilin mart ayında Azərbaycanda kiçik və orta biznesin (KOB) dəstəklənməsi mexanizmləri ilə bağlı müzakirələr aparılıb.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.

Məlumatda qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib. İclasda şurada təmsil olunan qurumların rəhbər şəxsləri ilə birlikdə real sektorun maliyyələşdirilməsi, kredit resurslarına çıxışın asanlaşdırılması, KOB-ların dəstəklənməsi və innovativ maliyyə alətlərinin tətbiqi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Taleh Kazımov paylaşımında bildirib ki, sahibkarların səsləndirdiyi məsələlər və təkliflər Mərkəzi Bank üçün vacib istiqamətverici rol oynayır. Görüşdə xüsusilə kiçik və orta biznesin dəstəklənməsi, kredit şərtlərinin təkmilləşdirilməsi, girov mexanizmlərinin optimallaşdırılması və rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi əsas diqqət mərkəzində olub.

Sədr qeyd edib ki, maliyyə-bank sektoru ilə biznes ictimaiyyəti arasında davamlı dialoq qarşılıqlı etimadı daha da gücləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kiçik və orta biznesin dəstəklənməsi mexanizmləri müzakirə edilib — Fins.az — Fins.az