Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşu artıb

BANK
365

2026-cı ilin aprelin 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən tikinti və inşaat sektoruna yönəldilmiş kreditlərin həcmi 1,869 milyard manat təşkil edib.

Fins.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 8,2 milyon manat və ya 0,4% azalma nümayiş etdirib, ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,2 milyon manat və ya 2,6% artıb.

Hesabat dövründə ölkə üzrə real sektora yönəldilmiş ümumi kredit portfeli 32,932 milyard manat olub. Bu isə bir ay əvvələ nisbətən 368 milyon manat və ya 1,1%, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...