Azərbaycanda ilkin gəlirlər üzrə dövriyyə 7,8 milyard dollara çatıb

Azərbaycanda ilkin gəlirlər üzrə dövriyyə 7,8 milyard dollara çatıb

BANK
393

2025-ci ildə Azərbaycanda ilkin gəlirlər balansında kəsir 27,4 faiz azalaraq 2,0 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, hesabat dövründə neft-qaz sektoru üzrə 2,6 milyard ABŞ dolları həcmində kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0,6 milyard dollar həcmində profisit formalaşıb.

Bildirilib ki, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7,8 milyard ABŞ dolları olub. Bunun 62,8 faizi və ya 4,9 milyard dolları Azərbaycandan qeyri-rezidentlərə edilən ödənişlərin payına düşüb.

Qeyd olunub ki, bu ödənişlərin əsas hissəsini xarici investorların gəlirlərinin repatriasiyası təşkil edib. Belə ki, bu istiqamətdə ümumilikdə 3,4 milyard ABŞ dolları vəsait qeydə alınıb ki, bunun da 3,0 milyard dolları əsasən beynəlxalq neft-qaz konsorsiumları üzrə xam neft və təbii qaz şəklində həyata keçirilən repatriasiya olub.

Məlumata əsasən, qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər 249,6 milyon dollar, xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər isə 478,9 milyon dollar təşkil edib. Digər ödənişlər 736,8 milyon dollar olub.

AMB-nin məlumatında qeyd olunub ki, digər ödənişlərin böyük hissəsi – 445,1 milyon ABŞ dolları ölkə iqtisadiyyatına yenidən investisiya formasında daxil olub və bu vəsaitlər birbaşa xarici investisiyalar maddəsində nəzərə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ilkin gəlirlər üzrə dövriyyə 7,8 milyard dollara çatıb — Fins.az — Fins.az