Azərbaycanda enerji və mədən sektoruna kreditlər 624,2 milyon manat olub

Azərbaycanda enerji və mədən sektoruna kreditlər 624,2 milyon manat olub

BANK
224

2026-cı ilin aprelin 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən mədənçıxarma, eləcə də elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna yönəldilmiş kreditlərin həcmi 624,2 milyon manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, sözügedən sektor üzrə kredit portfeli aylıq müqayisədə 23,3 milyon manat və ya 3,6% azalıb. Eyni zamanda, illik müqayisədə də azalma qeydə alınıb və kreditlərin həcmi 138,8 milyon manat və ya 18,2% aşağı düşüb.

Bununla yanaşı, qeyd olunur ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,932 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda enerji və mədən sektoruna kreditlər 624,2 milyon manat olub — Fins.az — Fins.az