Azərbaycanda elektrik və hibrid avtomobil kreditlərinin payı sürətlə artır - AMB

Azərbaycanda elektrik və hibrid avtomobil kreditlərinin payı sürətlə artır - AMB

BANK
404

2025-ci ildə Azərbaycanda elektrik və hibrid avtomobillərinin alışına ümumilikdə 75 milyon manat kredit verilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda məlumat verilib.

Sənədə əsasən, ötən il elektrik və hibrid avtomobil kreditlərinin ümumi avtomobil kredit portfelində payı həm kredit sayı, həm də məbləğ üzrə əhəmiyyətli artım nümayiş etdirib. Kreditlərin sayı üzrə pay 13 faiz bəndi artaraq 48%-dən 61%-ə, kredit məbləği üzrə isə 6 faiz bəndi artaraq 65%-dən 71%-ə yüksəlib.

Hesabatda qeyd olunur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatlarına əsasən 2025-ci ildə elektrikləşdirilmiş ictimai nəqliyyatın genişləndirilməsi davam etdirilib. Elektrik avtobuslarının yerli istehsalı üzrə yeni zavodun qurulması təşəbbüsü isə nəqliyyat parkının yenilənməsi, idxaldan asılılığın azaldılması və aşağı emissiyalı nəqliyyat vasitələrinin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

Bildirilib ki, aşağı emissiyalı nəqliyyat vasitələrinə keçid bankların avtomobil kredit portfelində də öz əksini tapıb və 2025-ci ildə həm kredit məbləği (75 milyon manat), həm də kredit sayı əvvəlki illə müqayisədə artıb. Xüsusilə kredit sayında artım daha nəzərəçarpan olub ki, bu da kreditləşmə fəallığının genişləndiyini göstərir.

Eyni zamanda qeyd edilib ki, 2025-ci ildə hibrid avtomobillərin idxaldakı payı 60%-ə yüksəlib. Bu artımın hibrid avtomobillərə artan tələbat, qiymət fərqləri, enerji təminatı və istehlakçı davranışı kimi faktorlarla əlaqəli olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda elektrik və hibrid avtomobil kreditlərinin payı sürətlə artır - AMB — Fins.az — Fins.az