Azərbaycanda dövlət xətti ilə - İpoteka Kreditləşməsi Azalıb

Azərbaycanda dövlət xətti ilə - İpoteka Kreditləşməsi Azalıb

BANK
714

Bu ilin iyul ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 26,094 mln. manat həcmində 402 ipoteka krediti verib.

Fins.az xəbər verir ki,  İKZF-yə görə, bu, iyun ayı ilə müqayisədə 27,2% azdır. Bu ilin yanvar-iyul aylarında isə 231,414 mln. manatlıq 3 460 ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 75,6% çoxdur.

Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi 1 872 135 736 manat məbləğində 34 932 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 232 518 000 manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 920-yə bərabər olub. (Apa)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dövlət xətti ilə - İpoteka Kreditləşməsi Azalıb — Fins.az — Fins.az