Azərbaycanda dövlət ipotekası üzrə kredit həcmləri artıb

Azərbaycanda dövlət ipotekası üzrə kredit həcmləri artıb

BANK
488

2026-cı ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə ümumilikdə 182,1 milyon manat kredit verilib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon manat və ya 2,4% artım deməkdir.

Hesabat dövründə fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin məbləği 90,8 milyon manat təşkil edib. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon manat və ya 4,2% azalma ilə müşahidə olunub.

Eyni zamanda, İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu göstərici 100 milyon manat və ya 50% artaraq 300 milyon manata yüksəlib.

Bununla yanaşı, fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği azalma nümayiş etdirib. Belə ki, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat və ya 2,7% azalaraq 42,6 milyon manat səviyyəsində müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dövlət ipotekası üzrə kredit həcmləri artıb — Fins.az — Fins.az